Azərbaycanlı futbolçu Zamiq Əliyev Portuqaliya klubundan "elçi düşüb".

Offsideplus.az-ın məlumatına görə, Portuqaliyanın "Eştrela" komandası "Eqnatiya" klubunun müdafiəçisi Zamiq Əliyev ilə maraqlanır. Portuqaliya Premyer Liqası klubu Zamiqi sıralarında görmək istəyir.

23 yaşlı oyunçu cari mövsüm Albaniya çempionatında 5 oyun keçirib. Komanda hazırda turnir cədvəlində 11 xalla 4-cü yerdə qərarlaşıb. 

Zamiq daha öncə Azərbaycanda "Araz-Naxçıvan", "Kəpəz", "Qarabağ"ın formalarını geyinib.