Portuqaliyalı aktyor və "Benfika" azarkeşi Xorxe Korrula Kerem Aktürkoğlu haqqında fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, tanınmış aktyor türkiyəli futbolçunu "əla oyunçu" və "əsl sehrbaz" kimi xarakterizə edib.

O, "Qalatasaray"ın Keremi niyə satdığına təəccübləndiyini bildirərək, belə bir bacarıqlı oyunçunun cəmi 12 milyon avroya transfer edilməsinə inana bilmədiyini deyib.