Fatih Terim baş məşqçiliyə qayıda bilər. 

Offsideplus.az xəbər verir ki, yeni baş məşqçi axtarışında olan "Benfika" klubu Terimin xidməti ilə maraqlanır. Klubun portuqaliyalı olmayan baş məşqçi axtardığı bildirilir. 

Bundan əlavə, Kerem Aktürkoğlunun transferində rol oynayan Fatih Terim klubun prezidenti Rui Kosta ilə görüşəcək. 

Qeyd edək ki, Terimin son klubu "Panatinaikos" (2023-24) olub.