Luiş Nani klub sahibi olub.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı bir neçə iş adamı ilə birgə "Sintrense"nin 95 faiz səhmlərinə yiyələnib.
Məlumatı "The Sun" nəşri yayıb.
112 yaşlı klub Lissabonun şimal-qərbində yerləşən Sintreni təmsil edir. Komanda hazırda Portuqaliyanın dördüncü divizionunda çıxış edir.