İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "A Bola"ya istinadla xəbər verir ki, "topçular" Portuqaliya "Sportinq"inin mərkəz yarımmüdafiəçisi Usman Diomande üçün hərəkətə keçib.

Məlumata görə, Premyer Liqa təmsilçisi 18 yaşlı futbolçu üçün qarşı tərəfə 30 milyon funt sterlinq təklif edib.

Onun keçidinin qışda reallaşdırılması gözlənilir.