"Porto" futbolçusu Pepe ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 1 illik nəzərdə tutulub. 40 yaşlı müdafiəçi ilə bağlanan müqavilənin klubun müzeyində saxlanacağı vurğulanıb.

Qeyd edək ki, Pepe cari mövsüm "Porto"nun heyətində bütün turnirlərdə 28 oyunda meydana çıxıb.