"Neftçi"nin futbolçusu Yusuf Laval rəsmən "Arouka" klubuna keçib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı vinger ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Neftçi" Lusuf Lavalı 2020-ci ilin yayında Belçikanın "Lokeren" klubundan transfer etmişdi. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 24 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.