"Rosario Sentral" klubunun yarımmüdafiəçisi Mateo Tanlonqo Avropada çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu “Sportinq”lə anlaşıb.

 19 yaşlı yarımmüdafiəçi 2027-ci il iyunun 30-na qədər Lissabon klubuna məxsus olacaq.

​Onun “Sportinq”ə keçidi pulsuz başa gəlib.