Roman Yaremçuk Belçikanın "Brügge" klubu ilə anlaşıb.

Offsideplus.az xəbər verir ki, "Brügge" 27 yaşlı hücumçu üçün "Benfika"ya 16 milyon avro təklif edir.

Qeyd edək ki, Roman Yaremçuk 2021-ci ildən "Benfika"da çıxış edir. O, 2017 - 2021-ci illərdə Belçikanın "Gent" klubunun formasını geyinib.