"Sportinq" klubu "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu transfer etmək üçün səylərini artırıb.
Offsideplus.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya təmsilçisinin idman direktoru Uqu Viana 37 yaşlı oyunçu və onun nümayəndələri ilə əlaqə saxlayıb.
Mənbənin verdiyi məlumata görə, portuqaliyalı ulduzun maaşının çoxluğu ilə əlaqədar transferin baş tutma ehtimalı çətin olsa da, Lissabon təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində iştirakı və forvardın özünün başqa konkret təklifləri olmaması "Sportinq"in xeyrinə ola bilər.
Qeyd edək ki, Kriştiano Ronaldonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, yetirməsi olduğu "Sportinq"də 1997-2003-cü illərdə çıxış edib.