PSV-nin futbolçusu Mario Götze karyerasını Portuqaliyada davam etdirə bilər.
Offsideplus.az "A Bola"ya istinadən xəbər verir ki, "Benfika" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Hazırda Eindhoven klubunu çalışdıran və yeni mövsümdən Lissabon təmsilçisinə rəhbərlik edəcək olan Rocer Şmit almaniyalı oyunçunu öz yanına aparmaq niyyətindədir.
Onun Niderland klubu ilə sözləşməsi 2024-də yekunlaşır.
Qeyd edək ki, Götze 2020-ci ildən PSV-də çıxış edir.