"Sportinq"in futbolçusu İslam Slimani komandanın məşqindən qovulub.
Offsideplus.az Portuqaliya mediasına istinadən xəbər verir ki, 33 yaşlı mərkəz hücumçusu məşq zamanı etdiyi uyğunsuz hərəkətlərə görə baş məşqçi Ruben Amori tərəfindən qovulub.
Qeyd edək ki, əlcazairli forvard bu mövsüm Lissabon klubu ilə 27 matçda 8 qol və 2 məhsuldar ötürmə edib.