Jorje Jesus "Benfika"yla yollarını ayırıb.

 Offsideplus.az xəbər verir ki, Lissabon təmsilçisi  67 yaşlı  mütəxəssisin müqaviləsinə xitam veriblər.

Jesusun sözləşməsi bu mövsümün sonu başa çatırdı.

Qeyd edək ki, portuqaliyalı çalışdırıcının rəhbərliyi altında paytaxt klubu çempionatda 15 oyuna topladığı 37 xalla 3-cü yerdə qərarlaşıb.