"Benfika"nın qapıçısı Mile Svilar komandadan ayrılmaq istəyir.

 Offsideplus.az xəbər verir ki, 22 yaşlı belçika əsilli serbiyalı qolkiper Lissabon təmsilçisiylə müqaviləsini uzatmaq niyyətində deyil.

Sviların sözləşməsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, adı çəkilən qolkiper 2017-ci ildən "Benfika"da çıxış edir.