“Olhanense” klubunda baş məşqçi Edqar Davidslə yollar ayrılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Davids bu ilin yanvarından “Olhanense”ni çalışdırırdı. Komanda onun rəhbərliyi ilə 3-cü divizionda ötən mövsümü 3-cü sırada bitirib.