2018 - 2020-ci illərdə "Qarabağ"ın formasını geyinmiş Vaqner da Silva "Nasyonal" klubu ilə müqavilə bağlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliyanın II liqasında çıxış edən klub 35 yaşlı qapıçını heyətinə qatıb.

Funşal şəhərinin təmsilçisi braziliyalı qolkiperin karyerasında Portuqaliyanın üçüncü komandası olacaq. Daha əvvəl  bu ölkədə "Eştoril" və "Boavişta"da çıxış edib.