"İnter"in futbolçusu Xuan Marionun yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Portuqaliya "Sportinq"inə keçib. Bu barədə portuqaliyalı jurnalist Pedro Almeyda məlumat yayıb.
Lissabon təmsilçisi Mario üçün 8 milyon avro xərcləyib.
Qeyd edək ki, "Sportinq" 2020-21 mövsümü üzrə Portuqaliya çempionu olub.