19 il sonra Portuqaliya çempionu olan "Sportinq" keçmiş futbolçusu Kriştiano Ronaldonu geri qaytarmaq istəyir. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Federiko Varandeş söz açıb: "Ronaldo bir gün "Sportinq"ə qayıdacaq. Çempionlar Liqasından onun yer aldığı heyətlə çıxış etmək ən böyük arzumuzdur".

Qeyd edək ki, bir müddət öncə Ronaldonun anası Dolores Aveyro da oğlunun Lissabon təmsilçisinə geri dönməsi üçün əlindən gələni edəcəyini açıqlamışdı.

Xatırladaq ki, Ronaldonun "Yuventus" ilə bir illik müqaviləsi var.