"Yuventus"un futbolçusu Kriştiano Ronaldo keçmiş klubuna qayıda bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə portuqaliyalı ulduzun anası Dolores Aveyro açıqlayıb. "Sportinq"in 2020-21 mövsümü üzrə çempionluğunu azarkeşlərlə qeyd edən Aveyro bu sözləri deyib:
"Kriştiano ilə danışıb onu geri gətirəcəm. Gələn il o, "Alvalade stadionu"nda oynayacaq".
Qeyd edək ki, Lissabon təmsilçisinin akademiyasında yetişən Ronaldo, 2002-2003-cü illərdə "Sportinq"in formasını geyinib.