Portuqaliya Premyer Liqasının 32-ci turunda "Sportinq" "Boavişta" ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Lissabon təmsilçisi rəqib üzərində 1:0 hesablı qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib. Sona iki tur qalmış 82 xal toplayan "Sportinq" 74 xala sahib olan ən yaxın təqibçisi “Portu”dan xal fərqi ilə geridə qoyub.
“Sportinq” son dəfə 2001/2002 mövsümündə ölkə çempionu olmuşdu.
Tarixində 19-cu çempionluğunu yaşayan "Sportinq"i Kriştiano Ronaldo da təbrik edib. Portuqaliyalı ulduz 2002-2003-cü illərdə çıxış etdiyi keçmiş klubuna bu sözləri ünvanlayıb: "Təbriklər, çempionlar!"