Madrid "Atletiko"nun sabiq hücumçusu Dieqo Kosta karyerasını "Benfika"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı forvard Portuqaliyalı təmsilçisi ilə razılığa gəlib. Onun "Benfika" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Dieqo Kosta ötən ilin dekabrında "Ateltiko"dan ayrıldıqdan sonra azad agentdir.