Braziliyanın “Flamenqo” klubunun çalışdırıcısı Jorje Jezus “Benfika”nın baş məşqçisi olmağa razılıq verib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi 66 yaşlı mütəxəssislə ilkin razılıq əldə edib.

Jezusun “Flamenqo” ilə müqaviləsinin bitmə vaxtı 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Jezus 2009-2015-ci illər aralığında “Benfika”nı çalışdırıb.