"Beşiktaş"dan ayrılan Pepenin "Portu"ya keçidi rəsmiləşib.

Offsideplus.az-ın Portuqaliya klubunun saytına istinadən yaydığı xəbərə görə, 35 yaşlı müdafiəçi ilə 2021-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Pepe 2018-ci ilin dekabrında İstanbul təmsilçisi ilə müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Xatırladaq ki, portuqaliyalı oyunçu 2004-2007-ci illərdə də "Portu"da oynayıb.