– Premyer Liqada yubiley 20-ci qolunuzu vurdunuz. Bununla bağlı düşüncələriniz necədir? Sizcə, mövsümün sonuna qədər daha bir yubileyi, 30-cu qolu qeyd edə biləcəksinizmi?
- Əslində qol vurmaq, komandama kömək eləmək mənim üçün xoşdur. Amma bunun yubiley, xüsusi qol olduğu böyük əhəmiyyət kəsb etmir. Gələcəkdə də çalışacam ki, komandama kömək edim. Əsas məqsəd budur. Neçə qol vuracağımı isə zaman göstərəcək.
- Azərbaycan Liqasının səviyyəsi haqqında düşüncələriniz...
- İki əvvəllə müqayisə edəndə səviyyə daha yaxşıdır, düşünürəm ki, Azərbaycan liqası inkişaf edib. Bunu Avropada müsbət nəticələrlə görə bilərik.
- Penaltilərlə bağlı uğursuzluqlara baxmayaraq toparlandın, ruhdan düşmədin və qollarına davam edirsən. Bunu necə bacarırsan? Ümumiyyətlə, “Sumqayıt”da özünü necə hiss edirsən?
- Komanda məni dəstəklədi, biz bir ailəyik və birlikdə irəliləyirik. Məşqlərdə çox çalışmağa davam edirəm və Sumqayıtda özümü çox yaxşı hiss edirəm.



