Həftəiçi hər gün saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişinin növbəti qonağı Şahin Diniyev olub. 

Bugünkü buraxılışda Misli Premyer Liqasında 2024-25 mövsümü, 58 yaşlı mütəxəssisin "Səbail"dən ayrılması, azərbaycanlı futbolçuların xarici klub seçimləri, milli komandanın gələcəyi, Azərbaycan Kuboku finalına proqnozlar və digər məsələlər müzakirə mövzusu olub.

Verilişi saat 21:00-dan etibarən "Offsidecaps" yutub kanalımızda izləyə bilərsiniz.