Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.
"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.
Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:
1. Ekspert - Nurlan Valehoğlu
Oyun: "Anderlext" - "Fənərbaxça"
Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,46
"UEFA Avropa Liqasında keçid pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Saat 00-da Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə “Anderlext” ilə qarşı-qarşıya gələcək. İlk matçda doğma azarkeşləri qarşısında 3 cavabsız qolla qalib gələn İstanbul nəhəngi 1/8 finala çox yaxın görünür. Mourinyonun komandası cari mövsüm bütün turnirlər daxil olmaqla 14 oyundur uduzmur. Məncə, bu görüşdə qarşılıqlı qol olacaq".
2. Ekspert - Fərid Ramazanov
Oyun: "Qalatasaray" - "AZ Alkmaar"
Təxmin - Oyun Nəticəsi 1X2 - "Qalatasaray" - Əmsal 1,63
"UEFA Avropa Liqasında "Qalatasaray" və "AZ Alkmar" klubları keçid pley-off mərhələsinin cavab matçında İstanbulda "Rams Park" stadionunda üz-üzə gələcəklər. Bir həftə öncə Niderlandda keçirilən ilk görüşdə "AZ Alkmar" 4-1 hesablı çox vacib qələbə qazandı. Maraqlıdır ki tərəflər UEFA Avropa Liqasında liqa mərhələsinin 5-ci turunda da qarşılaşmışdılar və o zaman 1-1 hesablı bərabərlik qeydə alınmışdı. "Qalatasaray" Türkiyə Super Liqasında səfərdə "Çaykur Rizəspor"u 2-1 hesabı ilə məğlub edib və İstanbul derbisi öncəsində bütün diqqətini hələlik "AZ Alkmar"a qarşı oyuna yönəldib. "AZ Alkmar" isə həftəsonu Niderland Erediviziyasında oyun keçirməyib və "Qalatasaray"la oyuna daha rahat hazırlaşır. Okan Buruk ilk matçda Niderland səfərində Viktor Osimhen, Davinson Sançez və Lukas Torreyra kimi futbolçulardan onların cəzalı olmasına görə yararlana bilməmişdi. Amma bu dəfə hər 3 futbolçunun iştirakı gözlənilir. Onların qayıdışı ilə "Qalatasaray"ın doğma publika önündə "AZ Alkmar"ı məğlub edə biləcəyini fikirləşirəm. Mərhələni keçmək məsələsi isə çox çətin görünür".
3. Eskpert - Tural Dadaşov
Oyun: "Roma" - "Portu"
Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,83
"UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Portu" "Roma"nın qonağıdır. Tərəflər arasında ötən həftə baş tutan ilk görüşdə 1-1 hesablı heç-heçə qeydə alınıb. A Seriyasında 9-cu pillədə olan "Roma" son turda "Parma" üzərində 1-0 hesablı səfər qələbəsi qazanıb. Portuqaliya çempionatında 3-cü sırada olan "əjdahalar" bütün yarışlarda son 6 oyunda uduzmayıb. "Portu" bir neçə gün öncə keçirdiyi son oyununda səfərdə "Farense"yə 1-0 hesabı ilə qalib gəlib. "Roma" son 7, "Portu" isə son 6 matçın hamısında rəqib qapılarına yol tapa bilib. Bu qarşılaşmada hər iki komandanın qol vuracağını düşünürəm".
Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...