Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.

"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.

Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:

1. Ekspert - Nurlan Valehoğlu 

Oyun: PSJ - "Brest"

Təxmin - Çox qol vurulacaq hissə - 2-ci - Əmsal 1,94

"UEFA Çempionlar Liqasında keçid pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Saat 00-da iki Fransa klubu – PSJ və “Brest” bu dəfə paytaxtda qarşı-qarşıya gələcək. Cari mövsüm bu komandaların bütün oyunlarında PSJ qələbə qazanıb. İlk oyunda rəqibini 3 cavabsız qolla üstələyən Enrikenin komandasında rotasiyaların olacağını gözləyirəm. Lakin yenə də PSJ-nin qələbə qazanacağını proqnozlaşdırıram. Təxminim, çox qolun ikinci hissədə vurulacağıdır".

2. Ekspert - Fərid Ramazanov

Oyun: "B. Dortmund" - "Sportinq"

Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,53

"UEFA Çempionlar Liqasında pley-offa keçid mərhələsində "Borussiya Dortmund" və "Sportinq" klubları "Signal İduna Park" stadionunda cavab matçına çıxacaqlar. Bir həftə öncə Portuqaliyada keçirilən ilk görüşdə "Borussiya Dortmund"un 3-0 hesablı parlaq qələbəsi qeydə alındı. Cari mövsümü ümumən uğursuz keçirən "Borussiya Dortmund" Almaniya Bundesliqasından fərqli olaraq Çempionlar Liqasında inamlı görünür. Bundesliqada bərbad çıxış edən "Borussiya Dortmund" həftəsonu səfərdə autsayder "Bohum"a 0-2 hesabı ilə uduzdu. Görünən budur ki, Niko Kovaçın rəhbərlik etdiyi komanda bütün diqqətini ötən mövsümdə olduğu kimi yenə də məhz Çempionlar Liqasına yönəldib. "Sportinq"ə gəldikdə isə, Lissason təmsilçisi mövsümə çox yaxşı başlasa da, Ruben Amorimin gedişindən sonra hələ də özünə gələ bilmir. İlk oyunda "Borussiya Dortmund"a uduzan komanda həftəsonu Portuqaliya liqasında öz meydanında "Aroka" klubunu da məğlub edə bilmədi və həmin qarşılaşma 2-2 hesablı bərabərliklə başa çatdı. Budəfəki cavab duelində düşünürəm ki hər 2 komanda fərqlənər. Proqnozum qarşılıqlı qolların vurulmasıdır". 

3. Eskpert - Tural Dadaşov

Oyun: "Real Madrid" - "Mançester Siti"

Təxmin - Alt/Üst 3,5 - Üst - Əmsal 1,71

"UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Real Madrid" "Mançester Siti"ni qəbul edir. Bu klublar arasında ötən həftə keçirilən görüşdə Madrid təmsilçisinin 3-2 hesablı səfər qələbəsi qeydə alınıb. Ardından "Real Madrid" son oyununda "Osasuna" ilə səfərdə 1-1 hesablı heç-heçə edib. "Şəhərlilər" isə Premyer Liqada 4-cü sırada qərarlaşıb və son turda "Nyukasl" üzərində 4-0 hesablı qələbə qazanıb. Bu komandalar  arasında son 4 duelin 3-də qapılara minimum 4 qol vurulub. Bu qarşılaşmadan da məhsuldar hesab gözləntim var və seçimim 3.5 üst nəticə olacaq".

Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...