Qış fasiləsində transferlərdə ən fəal olan "Şamaxı" daha bir futbolçunu heyətinə qata bilərmiş.

Ceyhun Rzayev "Offside" radio verilişində hazırda klubsuz olan Mehrac Baxşalının bu klubla görüşdüyünü, məşqlərdə iştirak etdiyini lakin məvacib məsələsində anlaşmadıqları üçün keçidin baş tutmadığını açıqlayıb. Belə ki, "Şamaxı" 21 yaşlı hücumçuya 700 manat maaş təklif edib, futbolçu ilə razılaşmayıb. 

Verilişi Offsidecaps Youtube kanalımızdan izləyə bilərsiniz.