"Fənərbağça" sponsorluq üçün Amerika şirkəti "Chobani ilə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, yoqurt firması olan "Chobani" "sarı-lacıvərdlilər"in stadionu sponsoru olacaq. Onlar 5 il üçün 100 milyon avro ödəyəcək.
Bu barədə Türkiyənin "Sözcü" nəşri məlumat yayıb.
Əlavə edək ki, şirkətin sahibi türkiyəli Hamdi Ulukayadır.
"Fənərbağça"nın 10 ildir stadion sponsoru "Ülker" idi. Onlarla müqavilə bu yay başa çatır.



