"Qalatasaray"ın hücumçusu Mauro İkardi "Antalyaspor"la oyunda vurduğu qolla adını klub tarixinə yazıb.

Offsideplus.az xəbər verir ki, matçın 67-ci dəqiqəsində meydana daxil olan İkardi 90+3-cü dəqiqədə yekun hesabı müəyyən edən qolu vurub.

 "Qalatasaray"la liqada 59 qola imza atan argentinalı ulduz klub əfsanəsi Corc Hacinin "Qalatasaray"ın ən çox qol vuran əcnəbi oyunçu rekorduna çatıb.

 Qeyd edək ki, Super Liqasının 11-ci həftəsində baş tutan "Qalatasaray" - "Antalyaspor" matçı “sarı-qırmızılar”ın  4-1 hesablı qələbəsi ilə yekunlaşıb.