Futbol üzrə Azərbaycan milli komandasının və "Kəpəz" klubunun sabiq baş məşqçisi Şahin Diniyev karantinin futbola mənfi təsirləri barədə danışıb.
Offsideplus.az-a açıqlama verən mütəxəssis, iş təklifi alması barədə suala yumorlu cavabından sonra, futbolun koronavirusdan sonra əvvəlki kimi olmayacağını bildirib: "Bu dəqiqə ancaq karantin təklif almaq olur (gülür). Futbol yoxdur, təklif də həmçinin. Bu gün üçün futbolun nə vaxt qayıdacağını gözləyirik. İnanmıram ki, bundan sonra pandemiyaya qədər olan şeyləri yenidən görək. Futbola əvvəlki kimi milyonlar və milyardlar xərclənməyəcək. Koronavirus göstərdi ki, 1 dəqiqənin içində hər şey dəyişə, yox ola bilər. Müvəqqəti olana isə böyük pulları yönəltmək üçün düşünmək lazımdır. Baxın, Almaniya Bundesliqası artıq bərpa olunub. Ancaq oyunların marağı yoxdur. Çünki stadion boşdur. İndi əyani formada görürük ki, futbolun bəzəyi azakeş imiş".
Qeyd edək ki, Şahin Diniyevin son klubu "Kəpəz" olub.