Baltik dənizinin sahilində yerləşən Lativiya, futbol nöqteyi-nəzərədən baxdıqda digər Baltikyanı ölkələrə nisəbətən daha uğur əldə etmişdi.
Litva və Estoniya ilə müqayisədə Latviyanın Avropa çempionatında iştirakı görə bilərik. Lakin son illərdə Latviya futbolu sanki bir uğursuzuq zolağındadır və burdan çıxa bilmir. İndisə isə gəlin birlikdə Latviya futbolunun tarixinə birlikdə səyahət edək.
Futbol üzrə Latviya milli komandası ilk beynəlxalq oyununu 1922-ci ildə qonşusu Estoniya ilə keçirib və bu oyun sülhlə başa çatıb (1:1). Latviya millisinin tarixində ən böyük hesablı qələbəsi digər qonşusu Litva üzərində olub. 1935-ci ildə baş tutan oyunda latışlar 6:1 hesabı ilə qalib gəlmişdilər. Lakin ən böyük hesablı məğlubiyyətlər isə Skandinaviya ölkəsi olan İsveçlə oyunda baş tutmuşdu. Latviya “vikinqlər”ə 12:0 hesabı ilə məğlub olmuşdular. Bu oyun isə 1927-ci ilə təsadüf edirdi.
Latviya millisinin formasını ən çox tərlədən futbolçu isə Vitalis Astafjevs olub. Yarımmüdafiəçi qırmızı-ağ formanı 167 dəfə geyinmişdi. Bu millinin ən məhsuldar oyunçusu isə Maris Verpakovskis olub. O, çıxdığı 104 oyunu rəqibi 29 dəfə məyus etmişdi.
FİFA reytinqdə ən yüksək dərəcəsi 2009-cu il noyabr ayına təsadüf edib. Qımızı-ağlar həmin ay 200 ölkə arasında 45-ci yerdə qərar almışdı. Ən uğursuz göstərişi isə ötən ilin iyul ayında qeydə alınıb. Həçin ay latviyalılar 145-ci yerdə idilər.
Millinin məşqçisi Marians Paharsdır. Kapitanı isə Karpas Korkisdir. Milli ev oyunlarını Skonto Stadionunda keçirir. Latviya millisinin üzvləri Avropanın digər nüfuzlu çempionatlarında legioner həyatı yaşayır. Latviya millisi “Köln”, “Metz”, “Zürih” kimi klublarda top qovan futbolçulara sahibdir.
Müəllif: Əcəmi Əsədullayev



