“Sumqayıt” komandasının heyətinə iki gənc oyunçu cəlb olunub. Onlar yayda U18 Avropa çempionatına hazırlıq məqsədilə bizim klubda daha çox oyun vaxtı almalıdırlar”.

Bunu Offsideplus.az saytına açıqlamasında basketbolçu Fuad Niftəliyev deyib.

45 yaşlı oyun qurucusu “Sumqayıt" klubundan ayrılmasının səbəbləri haqqında danışıb:”Üç turdan sonra 4+1 reqlamentinə uyğun olaraq son dövrə başlayacaq. Orada yalnız yerli oyunçular üçün cəmi bir yer qalır və onu bölüşdürmək mümkün olmayacaq. Mən düşündüm ki, həmin vaxt gənc oyunçulara daha vacibdir. Ona görə də indidən komandadan ayırmaq qərarına gəldim. Həmçinin, yolum uzaq idi və hər dəfə şəhərdən gəlmək mənim üçün çətin olurdu”.

Niftəliyev idmançı karyerasını bitirmək niyyətində olmadığını da vurğulayıb: “On beş ildən çoxdur ki, uşaq məşqçisiyəm. Hətta bu həftə “Sumqayıt” komandasını mənim tələbələrim uşaq yarışlarında təmsil edəcək. Komandaya gələn gənc oyunçulardan biri də mənim tələbəm olub. Hələ ki, uşaq məşqçiliyi üzrə fəaliyyətimi davam etdirəcəyəm. Gələn mövsümdə isə əgər imkan olsa, oynamaq istəyirəm. Karyeramı bitirməyi hələ düşünmürəm. Əgər klub olsa və mənə oyun vaxtı versələr, oynayacağam; əks halda məşqçiliyə davam edəcəyəm”.

Qeyd edək ki, Fuad Niftəliyev ötən ilin oktyabr ayında “Sumqayıt”ın heyətinə qoşulmuşdu.