İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Skott Maktomineylə müqavilənin müddətini uzadıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Skott Maktominey bu mövsüm 28 oyunda meydanda olub, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.