Leverkuzen “Bayer"i braziliyalı futbolçusu Vendell ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı cinah müdafiəçisi ilə 2021-ci ilin yayında başa çatmalı olan müqavilənin müddəti daha bir il artırılıb. Vendell 2022-ci ilin 30 iyun tarixinə kimi “Bayer”in uğurları üçün çalışmağa davam edəcək.
Qeyd edək ki, sözügedən futbolçu 2014-cü ildən “Bayer”də forma geyinir.