Mövsümü icarə əsasında PSJ-də keçirən Mauro İkardi gələcəyi ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Leonardo İkardinin ayrılmasını istəmir. Futbolçunun da Fransada qalmağa müsbət yanaşdığı bildirilir. Tərəflər arasında razılıq çempionat bərpa edildikdən sonra olacaq. Bir müddət əvvəl onun Fransada yaşamaq istəmədiyi barədə xəbərlər yayılmışdı.
İkardi müqavilə ilə “İnter”ə məxsusdur.
Qeyd edək ki, argentinalı forvard bu mövsüm PSJ-də 31 oyun keçirib və 20 qol vurub.