Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün 3 idmançımız mübarizə aparacaq. 

Offsideplus.az xəbər verir ki, Ruslan Lunyov 25 metr məsafədən atəşaçmada yarışacaq. 

Daha sonra çəkiz atma üzrə təsnifat mərhələsində Anna Skidan mübarizəyə qoşulacaq. 

Günün son görüşündə boksçumuz Alfonso Dominqes (92 kq) yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə üz-üzə gələcək.

Qeyd edək ki, Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında millimiz 2 qızıl medal qazanıb.