Paris Yay Olimpiya Oyunlarında kişilərarası tennis üzrə final cütü bəlli olub.

Offsideplus.az xəbər verir ki, həlledici görüşdə Novak Cokoviç Karlos Alkarazla üz-üzə gələcək. 

Qeyd edək ki, final qarşılaşması 4 avqustda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. 

Xatırladaq ki, adıçəkilən idmançılar 1 ay öncə Uimbldon turniri finalında qarşılaşmışdı. Bu görüşdə ispaniyalı qalib gələrək, çempion olmuşdu.