Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransada keçirilən Yay Olimpiya Oyunları üçün Parisə yollanıb.

Offsideplus.az xəbər verir ki, onunla birlikdə məşqçisi Məmməd Abdullayev və partnyoru Əliəskər Əliyev də sözügedən şəhərə yola düşüb.

Qaşım Maqomedov 58 kq çəki dərəcəsində mübarizə aparacaq. Taekvondo yarışlarına avqustun 7-də start veriləcək.

Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.