Paris-2024 Yay Olimpiya Oyunlarında 80 kq-da çıxış edən Murad Allahverdiyev Abdelrahman Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb. 

Offsideplus.az xəbər verir ki, təmsilçimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. 

Allahverdiyevin ikinci görüşü avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək. 

Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib.