Parisdə keçirilən Yay Olimpiya Oyunlarının badminton yarışlarında qadınların fərdi mübarizəsində qrup mərhələsinin növbəti oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, Keişa Fatimə Zəhra N qrupunda ikinci oyununa çıxıb. Azərbaycanlı idmançı Kirsti Gilmorla üz-üzə gəlib. Britaniyalı ilə görüş Fatimə üçün sonuncu olub. Badmintonçumuz iki qeymdə uduzub. İlk turda da məğlub olan Keişa Olimpiadada çıxışını yekunlaşdırıb.

10:30. Kirsti Gilmor (Böyük Britaniya) - Keişa Fatimə Zəhra – 2:0 (21:13, 21:11)