Loren Alfonso Dominqes 1/8 finalda kubalı rəqibini 3:2 hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, boksçumuz görüşdən sonra təəsüratlarını bölüşüb. 

"Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır", Dominqes bildirib.