Futbol üzrə Kanada milli komandasına Yay Olimpiya Oyunlarında 6 xallıq cəza gəlib.

Offsideplus.az xəbər verir ki, buna millinin rəqib komandaları dronla gizlicə izləməsi səbəb olub. 

FIFA baş məşqçi Bev Pristmen və köməkçilərini 2 illik futboldan uzaqlaşdırıb və Kanada Futbol Assosiasiyasına 175 000 funt-sterlinq pul cəzası verib.