Fransada keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başa çatıb.
Offsideplus.az xəbər verir ki, tədbirdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.
Ölkələrin paradından və mərasimin bədii və rəsmi hissəsi bitdikdən sonra Olimpiya məşəli alovlandırılıb.
Məşəli cüdo üzrə 3 qat Olimpiya və 12 qat dünya çempionu Teddi Riner və Mari-Jo Perak yandırıb.
Xatırladaq ki, ölkəmiz yarışda 15 növdə 48 idmançı ilə təmsil olunur. Azərbaycanın bayraqdarları isə cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olub.