Paris Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Offsideplus.az xəbər verir ki, tədbirdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.
Azərbaycan komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Ölkəmizin bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir.
Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.