Bu gün Azərbaycanın ilk idmançısı Yay Olimpiya Oyunlarına mübarizəyə başlayacaq.
Offsideplus.az xəbər verir ki, kamandan oxatma üzrə yığmanın üzvü Yaylagül Ramazanova sıralama turunda qüvvəsini sınayıb.
Təmsilçimiz sıralama turunda 647 xal toplayıb. O, bununla da 39-cu olub.
Beləliklə, idmançımız 1/32 finalda 26-cı yeri tutan cinli Quxuan Anla qarşılaşacaq. Mərhələ iyulun 30-da start götürəcək.
09:34***
Bu gün Azərbaycanın ilk idmançısı Yay Olimpiya Oyunlarına mübarizəyə başlayacaq.
Offsideplus.az xəbər verir ki, kamandan oxatma üzrə yığmanın üzvü Yaylagül Ramazanova sıralama turunda qüvvəsini sınayacaq.
Xatırladaq ki, Olimpiadanın rəsmi açılış mərasimi sabah olsa da, bir neçə növdə mübarizələr start götürüb. Azərbaycan Parisdə 15 idman növündə 48 idmançı ilə təmsil olunur.