Çimərlik futbolu üzrə Azərbaycan yığması Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, A qrupunda yer almış seçməmiz son matçında İspaniyaya da məğlub olub – 1:7.

Yığma daha öncə Polşa (2:7) və Portuqaliyaya (2:5) da məğlub olmuşdu.

Bu nəticələrdən sonra Azərbaycan yığması 5-8-ci yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Yığma iyunun 30-da 5-8-ci yerlər uğrunda ilk görüşünü keçirəcək.