Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan yığması turnirdə ikinci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Portuqaliya komandasına qarşı oyun 5:2 hesabı ilə rəqibin xeyrinə nəticələnib.

Qeyd edək ki, Azərbaycan yığması ilk oyunda Polşaya 2:7 hesabı ilə məğlub olmuşdu. Millimiz qrupda son oyununu iyunun 29-da İspaniya kollektivinə qarşı keçirəcək.