Karateçimiz Tural Ağalarzadə (67 kq) Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, idmançımız finalda yunanıstanlı Dionisios Ksenosu məğlub edib. Hakimlər rəqibə hansoku (diskvalifikasiya cəzası), Ağalarzadəyə isə qələbə veriblər.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.