Azərbaycanın kişilərdən ibarət şahmat millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, yığma 2-ci turda Filippin seçməsi ilə üz-üzə gəlib. Komandamız rəqibinə qalib gəlib.

Qədir Hüseynov və Nicat Abbasov rəqibləri üzərində qələbəyə, Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb. Hazırda Rauf Məmmədovun görüşü davam edir. 34 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Qeyd edək ki, milli ilk turda dünən keçirilən görüşdə Əlcəzairi 4:0 hesabı ilə məğlub etmişdi.

2-ci tur

Filippin – Azərbaycan - 0,5:2,5

Mark Paraqua – Rauf Məmmədov

Rocerio Barcenilya – Qədir Hüseynov - 0:1

Con Pol Qomes – Vasif Durarbəyli - 0,5:0,5

Paulo Bersamina – Nicat Abbasov - 0:1